"Tottenhem"də ciddi itki

10 Mart 2020 16:34

"Tottenhem" ciddi itkiylə üzləşib.

MilliAz goal.az-a istinadən xəbər verir ki, London təmsilçisinin futbolçusu Stiven Berqveyn sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İngiltərə Premyer Liqasının 29-cu turunun "Bernli" ilə matçında (1:1) zədələnən hücumçunun bir müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Berqveynin sağalma müddəti tibbi müayinədən sonra açıqlanacaq.

Milli.Az