Pedofil mağazanın soyunub-geyinmə otağında məktəbliyə təcavüz etdi

10 Mart 2020 15:34

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən ticarət mərkəzlərinin birində pedofil yeniyetməyə təcavüz edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 13 yaşlı qız mağazaların birinin soyunub-geyinmə otağında təcavüzə uğrayıb.

Bu barədə qızın atası hüquq-mühafizə orqanlarına məlumat verib.

Hadisə baş verən əraziyə gələn əməliyyatçılar şübhəli şəxsin görüntülərini əldə ediblər.

Həmin şəxsin kimliyi müəyyən edilib.

Faktla bağlı araşdırma davam edir.

Milli.Az