Mikroavtobus 3 maşınla toqquşdu: 4 yaralı - FOTO

10 Mart 2020 12:49

Mingəçevirdə 3 minik maşını və mikroavtobusun iştirakı ilə zəncirvari qəza baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərin M.Maqomayev küçəsində qeydə alınıb. Qəzada üç "VAZ" markalı minik maşını, bir sərnişin daşıyan mikroavtobus iştirak edib. 

Yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər - 40 yaşlı Natiq Əhmədov, onun həmyaşıdı Eldəniz İmanov, 28 yaşlı Fədai İbadov və 27 yaşlı Samir Cəfərli müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. 

Qəzanın başvermə səbəbləri araşdırılır.

Milli.Az