Şəmkirdə yük avtomobili traktorla toqquşdu

10 Mart 2020 14:24

Şəmkir rayonunun Sabirkənd kəndində "Hyundai" markalı yük avtomobili və "Беларус" markalı traktor toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az