VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb

10 Mart 2020 10:27

Bu gün VI çağırış Milli Məclisin ilk iclası öz işinə başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclasda Milli Məclin sədri, sədrin birinci müavini və sədr müavinləri, komitə sədrləri və müavinləri vəzifələrinə seçkilər keçiriləcək.

Parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə isə Əli Hüseynlinin namizədliyi müəyyən edilib.

Bitərəf deputatların parlament sədrinin müavini vəzifəsinə isə Adil Əliyevin namizədliyi müəyyən edilib.

Milli.Az