Türkiyənin dünya bazarlarına avtomobil ixracı artıb

10 Mart 2020 09:55

2020-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq 4,923 milyard dollara bərabər olub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Avtomobil ixracı Türkiyənin ümumi ixracının 16,7 faizini təşkil edib.

Fevral ayında Türkiyə 2,522 milyard dollar məbləğində avtomobil ixrac edib ki, bu da 2019-cu ilin fevralı ilə müqayisədə 0,9 faiz azdır.

Son 12 ay ərzində (fevral 2019 - fevral 2020) Türkiyə 30,638 milyard dollar məbləğində avtomobil ixrac edib.

Milli.Az