Fransada məşhur isveçli aktyor Maks von Syudov 91-yaşında vəfat edib. Bu barədə "Paris Match" nəşri məlumat yayıb.
Milli.Az ölkə.az-a istinadən bildirir ki, aktyor rejissorlar Jan Truel və Ingmar Bergman ilə işbirliklərindən ərsəyə gələn filmlər ilə məşhurlaşıb.
Maks von Syudov iki dəfə "Qızıl Qlobus" və "Emmi" mükafatına namizəd olub.
Aktyor "Dəhşətli dərəcədə ucadan və çox yaxın", "Lənətlənmiş ada", "Utanc", "Yeddinci möhür", "Birlik" filmlərində rol alıb. O, həmçinin "Taxt oyunları" ekran işində "üç gözlü qarğa" obrazını canlandırıb.
Milli.Az