Masallıda qaraj yanıb

10 Mart 2020 08:47

Masallı rayonunda qaraj yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, rayonun Banbaşı kəndində ümumi sahəsi 25 m² olan qarajın taxta atmaları 8 m² sahədə və içərisinə yığılan 5 ton ot bağlamasının 2 tonu yanıb. Qarajın, ot bağlamalarının qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az