Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə İtaliyada bütün futbol yarışları dayandırılıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bunu ölkənin Baş Naziri Cüzeppe Konte bəyan edib.
İtaliyanın Milli Olimpiya Komitəsi də rəsmi saytı vasitəsilə bildirib ki, ölkədə bütün idman yarışları ən azı aprelin 3-dək dayandırılacaq.
Olimpiya Komitəsi beynəlxalq yarışlara müdaxilə edə bilmədəyi üçün bu qərarın avrokubok oyunlarına aidiyyatı yoxdur.
Qeyd edək ki, İtaliya Avropada koronavirus epidemiyasının ən çox yayıldığı ökədir. Burada artıq 7 mindən çox insan sözgüedən virusa yoluxub.
Milli.Az