Bakıda "Mercedes" yanıb

10 Mart 2020 07:55

Bakıda minik avtomobili yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bakı şəhərinin Nizami rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az