ABŞ Əfqanıstandan qoşunları çıxarmağa başlayıb

10 Mart 2020 07:45

Amerika Birləşmiş Ştatları Talibanla əvvəlcədən əldə edilmiş razılaşma çərçivəsində qoşunlarının Əfqanıstandan çıxarılması prosesinə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ qüvvələrinin Əfqanıstandakı rəsmi nümayəndəsi (USFOR-A) polkovnik Sonni Leqqettin açıqlamasında deyilir.

S.Leqqet qeyd edib ki, birgə ABŞ-Əfqanıstan bəyannaməsi və ABŞ və Taliban arasındakı razılaşmaya əsasən, USFOR-A komandanlığı konkret vəziyyəti nəzəeə alaraq, öz gücünü 135 gün ərzində 8.6 min [hərbi qulluqçuya] qədər azaltmağa başlayıb.

Polkovnik deyib ki, ABŞ-ın Əfqanıstandakı Silahlı Qüvvələr Komandanlığı "hədəflərini yerinə yetirmək üçün bütün zəruri tədbirləri görür, o cümlədən Xorasanda Əl-Qaidə və "Xorasanda İŞİD"-ə("İslam Dövləti" terror təşkilatının qolu olan bir qruplaşma) qarşı antiterror əməliyyatları keçirir, Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinə dəstək verir.

Milli.Az