Siyəzəndə tikili yanıb

9 Mart 2020 19:25

Siyəzən rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 30 m² olan köməkçi tikilinin tavanı və içərisində ev əşyaları 10 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az