Avrokubok oyunlarında əllə görüşmək qadağan olundu

9 Mart 2020 15:49

Dünyada geniş yayılan koronavirus epidemiyası UEFA rəhbərliyini də bəzi qərarlar almağa vadar edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, artıq UEFA bayrağı altında keçirilən bütün oyunlarda matçdan əvvəl futbolçuların əl sıxaraq salamlaşması qadağan olunub.

Çempionlar Liqasının "Valensiya" - "Atalanta" və Avropa Liqasının "İnter" - "Hetafe" matçları koronavirusa görə azarkeşsiz keçiriləcək.

Milli.Az