Hindistanda üç yaşlı uşaqda COVİD-19 aşkarlandı

9 Mart 2020 09:13

Hindistanın Kerala ştatında üç yaşlı uşaqda koronavirus aşkarlanıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu səbəbdən uşağın ailəsi karantinə alınıb. Bildirilib ki, ailə bir müddət əvvəl İtaliyadan qayıdıb. 

Bu, Hindistanda koronavirusla bağlı 41-ci yoluxma faktıdır. Həmin şəxslərdən üçü sağalıb və xəstəxanadan buraxılıb. 

Milli.Az