Kaliforniya sahillərində zəlzələ baş verib

9 Mart 2020 08:59

ABŞ-ın Kaliforniya ştatının sahillərində 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Petroliya yaşayış məntəqəsindən 86 kilometr qərbdə olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin ocağı 2,2 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə heç bir məlumat daxil olmayıb.

Milli.Az