Rumıniyada zəlzələ baş verib

9 Mart 2020 08:16

Rumıniyanın şərqindəki Vrança seysmik zonasında (Buzeu vilayəti) martın 8-də yerli vaxtla saat 20:24-də 4.2 maqnitudasında zəlzələ baş verib

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə yerli Milli Fizika İnstitutu bildirib.

Yeraltı təkanlar 131 kilometr dərinlikdə yerləşib. Mümkün tələfatlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az