Azərbaycanlı əkiz gimnast bacılar Budapeştdə qızıl və gümüş medallar qazanıblar - FOTO

8 Mart 2020 21:51

Əsmər və Sofiya Seyidova bacıları Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən bədii gimnastika üzrə ikigünlük "Tavasi kupa" beynəlxalq turnirində qızıl və gümüş medallar əldə ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, əkizlərin hər biri orijinal nömrə təqdim etməklə münsiflər heyətinin etimadını qazanıblar.

Qeyd edək ki, Seyidova bacıları tanınmış məşqçi İrina Berekin yetirmələridir.

Milli.Az