Bakının mərkəzində əxlaqsızlığı təbliğ etmək istədilər

8 Mart 2020 21:38

Bu gün Bakının mərkəzində bir dəstə "feminist" cuşa gələrək  "8 Marş - bizimdir hürr küçələr" adlı aksiya keçirməyə cəhd göstərdilər. Qanunlar baxımından, onların aksiyası yasaqdı. Çünki nə icazə almışdılar, nə də buna DİN ilə Bakının İcra Hakimiyyəti rüsxət verməmişdi.

Daha doğrusu, rüsxət vardı: bütün siyasi partiyaların aksiyaları, mitinqləri üçün məsləhət bilinən Lökbatandakı "Neftçi" stadionu xanımlara məkan kimi göstərilmişdi.

Lakin radikallaşmış "feminist"lər yürüşü çoxsaylı iaşə və ticarət mərkəzzlərinin olduğu ərazidə, Fəvvarələr Meydanında keçirməyə cəhd etdilər.

"Ona görə də asayiş keşikçiləri bu aksiyanı keçirməyə cəhd edənləri ərazidən uzaqlaşdırdı və ictimai asayişin pozulmasına imkan vermədi. Hətta, Fəvvarələr Meydanında bayramla əlaqədar istirahət edən, ticarət obyektlərində alış-verişə gələn insanlar da qanunsuz aksiyanın iştirakçılarına öz kəskin etirazlarını bildirirdilər.

Aksiyanın qarşısı alınarkən bir neçə nəfər saxlanıldı və izahedici söhbətlərdən sonra xəbərdarlıq edilərək sərbəst buraxıldılar", - DİN-nin rəsmi açıqlamasında deyilir.

Qanunsuz olayın absurdlarından biri də "patriarxata üsyan, kişilərə üsyan" edənlərin ilk sıralarında saqqallı gənclərin yeriməsi idi.

Yenə də bu yerli "etiraz" fərqi idi: Avropadan fərqli olaraq, Bakıda saqqallı kişilər "feminist" olaraq "saqqallı kişilərə üsyan" edirdilər ki, marazmı anlamaq heç də asan deyildi.

Sosial şəbəkələrdəki isteriyaya və "xanımları tutdular!" tipli şivənə rəğmən, saxlanılanlar arasında qadınlar olmayıb.

"8 Marş" aksiyası əfsuslar olsun ki, yerli "feminist"lərin yürüşü, piket cəhdi və ya mitinqi olmadı.

Ölkədəki radikal müxalifət partiyaları Qərbdəki sivil siyasi təşkilatlardan nə qədər fərqlənirlərsə, özlərini "feminist" adlandıran bir qrup xanımımız da Qərbdəki feministlərdən o qədər yox, çoxqat fərqlənirlər.

Gərçi Avropada, Afrikada, Amerikada, Asiyadakı feministlər küçələrə çıxaraq qadın haqlarına riayət olunmasını, gender bərabərliyini, cəmiyyətdə qadınların rəsmi və qeyri-dövlət strukturlarında kişilərin təzyiqlərinə, ayrı-seçkiliyinə məruz qalmamasını tələb edirlərsə, yerli "feminist"lərin tələbləri "18+" tipli kəlmələr kimi dəyərləndirilə bilərdi.

Tragikomediya o həddə çatıb ki, bu gün Fəvvarələr meydanına yürüyən "feminist" adlandıran xanımların əllərində tutub yelllədikləri plakatların çoxunda yer almış çağırışlarla şüarları yazmaq belə, sivil cəmiyyətdə arqo, slenq sayılır.

Qadın haqları və gender bərabərliyindən daha çox, cinsi əlaqələr "sərbəst"liyini tələb edən bu şüarları əllərində tutmuş psevdofeministlər aksiyadan əvvəl təxminən iki həftə sosial şəbəkələrdə "hazırlıq işləri" aparır, çağırışlar, bəyanatlar yayırdılar.

Onların yazdıqlarına və dediklərinə görə, sən demə, Azərbaycanda qadın tam cinsi əlaqə sərbəstliyinə malik olmalıdır.

"Feminist"lərdən biri yazmışdı: "Qadın ərdədir, ya subaydır, ya duldur, ya da boşanıb, ya da qızdır - fərq etməz, istədiyi zaman istədiyi kişi ilə yatağa girmək hüququ var. Cəmiyyətdəki axmaq tabular və kişilərin maskulizminə son qoyulmalıdır".

Mənəviyyatsızlıqda dəfələrlə suçlanan, hazırda Skandinaviyaya sığınaraq güzaran keçirən Günel Mövlud İmanova isə yerli feministlərin "anası" rolunda çıxış edirdi. Təbii ki, "azad jurnalist" Xədicə İsmayılova ilə bahəm.

Günel Mövlud hətta özu boyda vagina rəsmini əllərində tutaraq "Kiminlə istəsəm, yataram: mənimdir, mən bilərəm!" idefiksini təbliğ edirdi.

Ölkədəki "feminizm"in Qərbdəki məlum, adları dəfələrlə çəkilərək əməlləri faş edilmiş strukturlar və təşkilatlar tərəfindən maliyyələşdirilərək tam nəzarətdə saxlanıldığı bəlli.

Əfsuslar olsun ki, Qərbdəki feminizmin eybəcərləşmiş, mutasiyaya uğramış forması olan yerli feminizmimiz mənəviyyatsızlığı, ailə dəyərlərinə sayğısızlığı, əxlaqsızlığı və seksual azadlıq altında az qala kurtizankalığı təbliğ edir.

"Cinsi əlaqələrdə azadlıq!" şüarı isə əslində seksual azğınlığın, homoseksuallığın, lesbiyanlığın, biseksuallığın, transgenderliyin və s.-nin təbliğatı, bu anormal təmayülləri yaymaq, cəmiyyətin təməli olan ailə institutunu darmadağın etmək cəhdidir.

Ən çox təəccüb doğuran məqamlardan biri yerli "feminist"lərin, daha doğrusu, feminasistlərin yalanlarıdır. Onların iddialarına görə, Azərbaycandakı icra və qanunverici orqanlarında qadınların sayı azdır.

Bütün dövlət qurumlarında, hətta orduda qadınlarımızın sayı artır. Milli Məclisdəki xanım millət vəkillərin sayı da o cümlədən. Məmurlar, pedaqoqlar və s. arasında gender bərabərliyi nəinki müsəlman ölkələri ilə müqayisədə dəfələrlə üstün olaraq normal səviyyədədir, hətta Avropa Birliyinin bir sıra dövlətlərindən də irəlidədir.

Dövlət qurumlarının gender strukturu ilbəil dəyişir, qadınların sayı artır. Kadrların heyət və say dinamikası da buna dəlalət edir.

Feminasistlərimiz isə durumu Liberiya, Malavi, Səudiyyə Ərəbistanı və ya Banqladeşlə müqayisə edərək yalanları sıralayırlar.

Özəl sektora gəldikdə isə, "Grant Thornton International Business Report"a görə, şirkətlərdə rəhbər vəzifələr tutan qadınların sayına görə Azərbaycan 38 faizlik göstərici ilə ABŞ, İspaniya, Britaniya, Almaniya, Danimarka, İsveçrə və Hollandiyanı da qabaqlayıb.

Onu da xatırladım ki, bir sıra ölkələrdən fərqli olaraq, icraedici və qanunverici strukturlarda, habelə özəl sektorda gender kvotaları ilə bağlı Azərbaycanda heç bir qanun yoxdur. Halbuki həmin qaydalar Avropanın bir sıra ölkələrində qüvvədədir.

Yerli femininasistlərin daha bir "arqument"i uşaqların və ya əmək qabiliyyətinə malik olmayan valideynlər üçün məhkəmə tərəfindən müəyyənləşdirilmiş alimentlərin kişilər tərəfindən ödənməməsidir. Fəqət, son illərin statistikasına görə, aliment ödəməyənlər arasında qadınların sayı sürətlə artır.

Boşanmalarla bağlı statistika da dəyişib. Ailə həyatına son qoymaq təşəbbüsü ilə çıxış edən tərəf qismində qadınlar artıq 49,2 faiz təşkil edir.

Belədirsə, Azərbaycandakı absurd şüarlarla çıxış edən femininasistlərin tələblərini nədən radikal müxalifət və bəzi beynəlxalq təşkilatlar dəstəkləyirlər?

Sual ritorik deyil və cavabı da sadədir.

Əvvəla, sosial şəbəkələrdə çox aktiv olan "feminist"lərin yaları sadalanan şəxslərlə strukturlara sərf edir. Ölkədəki radikal müxalifət feminasistlər vasitəsilə potensial qadın seçiciləri öz tərəfinə keçirməyə can atır.

Beynəxalq təşkilatlar üçünsə başabəla "feminist"lər Azərbaycanda mənəvi dəyərləri korşaltmaq, ideologji və koqnitiv boşluqlar yaratmaq, cəmiyyətdə aqressiya və dözülməzlik meyllərini artırmaqdır.

Mənəvi dəyərlərir korşalan cəmiyyətdə çevrilişlər, qiyamlar etmək çox asandır.

Bundan başqa, bütün postsovet məkanında, habelə Şərq ölkələrində olduğu kimi, Azərbaycanda da "feminist"lər qadınları təqib olunan, sıxılan, hüquqları əlindən alınan insanlar, kişiləri isə "təqibçilər və hüquqları pozanlar" kimi təqdim edirlər. Ölkədə qadınlar bir çox sahələrdə hüquq, imtiyaz və imkanlar baxımından kişiləri üstələyib, amma kişilərlə bağlı feminist yalanları hələ də cəmiyyətdə birmənalı olaraq inkar edilmir.

Və ən son olaraq - Azərbaycanda "gender problematikası" ilə bağlı "araşdırma"lar, "tədqiqat"lar və "rəy sorğuları"nın istisnasız olaraq hamısı xaricdən çox həvəslə, səxavətlə maliyyələşdirilir.

Məqsəd "cinslərarası qarşıdurma"nı şiddətləndirmək, vətəndaşların cinsi identiklik anlamlarının darmadağın edilməsi, ənənəvi ailə institutunun və dəyərlərinin məhv olunmasıdır.

... Feminizmin beşiyi Qərbdir. Əgər bu hərəkatın yarandığı ilkin dövrlərdə gerçəkdən də məqsəd qadınların huquqlarının qorunması və təminatı idisə, indi feminizm iri kapitalın cəmiyyəti idarə etmək üçün vasitələrindən biridir.

Məqsəd əvvəlki dönəmlərdə olduğu kimi cəmiyyətdəki "kapital-proletariat" qarşıdurmasını indi "qadın-kişi savaşı"na inikas etdirməkdir.

Feminizmin ideologiya kimi məqsədi isə simasız, ideyasız, ən sadə funksiyaları yerinə yetirən, asanlıqla manipulyasiya edilən və tam idarə olunan insandır. Faktiki olaraq biorobot səviyyəsinə endirilmiş bir insan.

Azərbaycandakı feminasistlər intellektual səviyyə və təcrübə baxımından hələlik Qərbdəki "quru"larından çox geridədirlər.

Onların anlayışında feminizm deyəsən, Bakının mərkəzində əxlaqsızlığı təbliğ etməkdir.

Hürr küçələr isə onlarin deyil - hamınındır.

Elçin Alıoğlu
Milli.Az