İranda zəlzələ olub

8 Mart 2020 16:28

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Sərdəşt rayonunda 4,8 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 13:17-də 9 km dərinlikdə qeyd alınıb.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, 23 fevralda İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələdə 109 nəfər yaralanıb.

Milli.Az