Tramp o ölkəyə qarşı müharibə hazırlığı görür

8 Mart 2020 18:36

Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Trampın ölkəsinə qarşı müharibə planlaşdırdığını açıqlayıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Maduro Trampın planına Kolumbiya və Braziliyanın dəstək verdiyini iddia edib.

Onun sözlərinə görə, Kolumbiyanın Venesuelaya silahlar və muzdlu döyüşçülər göndərəcəyi nəzərdə tutulub.

Maduro bildirib ki, plana əsasən ölkədə terror aktları törədiləcək, hərbi müdaxilə etməyə çalışacaqlar.

Milli.Az