Bakıda "AGF Junior Trophy" beynəlxalq turnirinin final yarışları davam edir - FOTO

8 Mart 2020 14:45

Bakıda Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" beynəlxalq turnirinin final yarışları davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, tamaşaçılar yarışları böyük maraqla izləyir, gimnastları fəal dəstəkləyirlər.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Milli.Az