Cənubi Koreyada daha 367 nəfər yeni koronavirusa yoluxub

8 Mart 2020 12:34

Cənubi Koreyada COVİD-19 koronavirusuna daha 367 nəfər yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 7,1 minə çatıb, onlardan 50 nəfəri ölüb.

Milli.Az