Ukrayna prezidenti ölkəsini “deşilmiş gəmi” adlandırdı

8 Mart 2020 12:14

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsini deşilmiş gəmiyə bənzədib.

Milli.Az Modern.az-a istinadən bildirir ki, İngiltərənin "Qardian" qəzetinə müsahibə verən Zelenski Ukraynada davamlı olaraq ortaya çıxan problemləri gəmilərdə yaranan dəliyə, problemlərin həll edilməsi işlərini isə "dəlikləri bağlamaq cəhdi"nə bənzədib.

Zelenski "Hər yerdə dəliklər var və onları əllərinlə və ayaqlarınla bağlamağa çalışırsan. Biz belə yaşayırıq. Dəlikləri bağlayırıq", - deyə bildirən zaman isə jurnalist Ukraynanın "batan gəmiyə" bənzədiyini söyləyib.

Prezident jurnalistə cavab olaraq "Ancaq biz batmırıq" deyib.

Milli.Az