Komi Respublikasında FACİƏ: 6 ölü, 2 yaralı - FOTO

8 Mart 2020 11:59

Komi Respublikasında iki maşının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Avtosfer.az-a istinadən xəbər verir ki, insident ötən gün axşam saatlarında Sıktıvkar - Narıyan-Mar trasının 36-cı kilometrliyində Sosnoqorsk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bu barədə "TASS" agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, "Renault Duster" və "Renault Megane" markalı minik avtomobilləri toqquşub.

Zərbənin şiddətindən hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

Nəticədə "Duster"dəki 2 nəfərlə "Megane"də olan 4 nəfər aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərdən hadisə yerində vəfat ediblər. Daha 2 yetkinlik yaşına çatmayan uşaq isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az