Gürcüstanda koronavirusa yoluxanların sayı 13 nəfərə çatıb

8 Mart 2020 11:29

Gürcüstanda koronavirusa yoluxanların sayı 13 nəfərə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi saytda yerləşdirilib.

Məlumatda bildirilir ki, hazırda 141 nəfər koronavirus şübhəsi ilə karantində, 69 nəfər isə tibbi nəzarətdə saxlanılır.

Milli.Az