"Atletiko" - "Sevilya" oyununda 4 qol - VİDEO

8 Mart 2020 10:59

İspaniya La Liqasında 27-ci turun görüşləri keçirilir.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, "Atletiko" evdə "Sevilya" ilə 2:2 hesablı heç-heçə edib.

"Atletiko" - "Sevilya" - 2:2
Qollar:  Luuk de Yonq, 19 (0:1), Alvaro Morata, 32-pen. (1:1), Joau Feliş, 36 (2:1), Lukas Okampos, 43-pen. (2:2)

La Liqada turnir cədvəlinə 58 xalla "Barselona" başçılıq edir. Bir oyunu ehtiyatda olan "Real" 56 xalla 2-ci, "Sevilya" 47 xalla 3-cüdür. 45 xalı olan "Atletiko" 5-ci sırada qərarlaşıb.

Milli.Az