Ərəb koalisiyası husilərin mövqelərinə zərbələr endirdi

8 Mart 2020 09:59

Ərəb koalisiyası Yəməndəki "Ənsar Allah" husi üsyançı hərəkatının mövqelərinə aviazərbələr endirib.

Milli.Az APA-ya istinadən bildirir ki, zərbələr Qırmızı dənizdəki Bab əl-Mandeb boğazında donanmaların təhlükəsizliyini təhdid altında qoyan, partlayıcı maddələrlə dolu qayıqlar və dronların işə salındığı obyektlərə edilib.

Milli.Az