Suriyada qəza: 30 nəfər həlak oldu

8 Mart 2020 09:49

Suriyada bir yanacaq maşını və iki avtobusun iştirakı ilə qəza nəticəsində 30 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Dəməşq-Homs avtomobil yolunda yanacaq daşıyan maşın 2 sərnişin avtobusu və digər minik avtomobilləri ilə toqquşub, nəticədə 30 nəfər ölüb.

Qəza nəticəsində xəsarət alanlar var, onların sayı dəqiqləşdirilmir.

Milli.Az