Bakıda piyadanı avtomobil vurub

7 Mart 2020 23:24

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospekti 81 ünvanında qeydə alınıb.

1954-cü il təvəllüdlü Kazımova Yaqut Baxış qızı yaşadığı evə gedərkən yolda onu minik avtomobili vurub.

Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Milli.Az