Bakıda məktəblilər arasında dava düşüb, bıçaqlanan var

7 Mart 2020 23:17

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

8-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Kazımov Sənan Kənan oğlu oxuduğu məktəbin 11-ci sinif şagirdi tərəfindən bıçaqlanıb. Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hər iki şagird Bakıxanov qəsəbəsində yerləşən orta məktəblərin birində oxuyurlar.

Milli.Az