Pakistanda minalanmış motosiklet partladı, yaralılar var

7 Mart 2020 22:48

Pakistanda minalanmış motosikletin partlaması nəticəsində 8 nəfər, o cümlədən 2 hüquq-mühafizə orqanının əməkdaşı yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Geo TV" telekanalı polisə istinadən bildirib.

Qeyd edilir ki, partlayış Pakistan jandarmeriya qərargahının yaxınlığında Çaman şəhərində baş verib.

Hadisə yerinə xilasedicilər gəliblər. Həmçinin sapyor qrupu çağırılıb.

Milli.Az