Məşhur müğənni dünyasını dəyişdi - FOTO

7 Mart 2020 20:18

Amerikalı məşhur müğənni, "The Supremes" qrupunun üzvü Barbara Martin dünyasını dəyişib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Barbara Martin 76 yaşında vəfat edib.

Müğənni ana olacağına görə 1962-cı ildə qrupdan yarılıb və solo fəaliyyət göstərib.

"The Supremes" qrupunda isə Diana Ross, Florens Ballard və Meri Uilson fəaliyyətlərinə davam ediblər.

Milli.Az