ÜST: Koronavirusla bağlı irqi ayrıseçkilik etməməliyik

7 Mart 2020 18:54

Koronavirus (COVID-19) epidemiyasının meydana çıxmasından sonra bəzi şəxslərə qarşı stiqma və diskriminasiya müşahidə edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatında deyilir:

"Stiqma və diskriminasiyaya məruz qalmamaq üçün xəstəliyi gizlətməyə məcbur edə, dərhal tibbi yardıma müraciət etməkdən çəkindirə və gigiyena qaydalarına riayət etməkdən yayındıra bilər.

Koronavirusla bağlı danışarkən daha ehtiyatlı olmalı və irqi diskriminasiyaya yol verməməliyik".

Milli.Az