Çində koronavirusu 30 dəqiqəyə müəyyən edən cihaz hazırlanıb

7 Mart 2020 18:27

Çinin Syamen Universitetinin tədqiqatçıları koronavirusa yoluxmanı qısa müddətdə müəyyən etməyə imkan verən cihaz hazırlayıblar.

Milli.Az APA-ya istinadən bildirir ki, "Jenmin jibao" qəzeti yazır ki, cihaz orqanizmdə koronavirus olub-olmadığını 30 dəqiqə ərzində müəyyən edir.

Artıq yeni cihazdan 90 min dəst epidemiyanın baş qaldırdığı Hubey əyalətindəki xəstəxanalara və tibb mərkəzlərinə göndərilib.

REKLAMЧитать дальше

Ehtimal olunur ki,  bu cihazlar sayəsində ləngimələrin qarşısı alınacaq, analizlərin aparılmasında həkimlərin əməyi xeyli yüngülləşəcək. 

Milli.Az