Koronavirusa görə 4250 təhsil müəssisəsi dezinfeksiya edilib

7 Mart 2020 13:04

"Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə görülən profilaktik tədbirlər çərçivəsində Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 4250 təhsil müəssisəsində artıq dezinfeksiya işləri aparılıb".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, hazırda digər müəssisələrdə də bu tədbirlər davam etdirilir.

Milli.Az