Elmar Məmmədyarov Almaniyaya gedə bilmədi

19 Aprel 2010 10:19
Xarici İşlər Nazirliyinin məlumatına görə, bu, Avropada uçuşların ləğvi ilə bağlıdır. Azərbaycanın xarici işlər nazirinin səfəri aprelin 19-21-nə planlaşdırılırdı. Səfərin yeni tarixi dəqiqləşdirilir.

Qeyd edək ki, aprelin 14-də İslandiyanın paytaxtı Reykyavikin 200 kilometrliyində Eyyafyatlayokudl vulkanının püskürməsi böyük kül buludunun yaranmasına səbəb olub. Nəticədə Avropanın əksər ölkələrində hava nəqliyyatı iflic vəziyyətinə düşüb. Avropa ölkələrinin bir çoxu hava məkanını bağlayıb.

Milli.Az