Azərbaycanda hamilə qadın faciəli şəkildə öldü

7 Mart 2020 11:39

Abşeron rayonunda qadın dəm qazından zəhərlənərək ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində baş verib.

1985-ci il təvəllüdlü Allahverdiyeva Mahizər Bayraməli qızı fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüb.

35 yaşlı qadının hamilə olduğu bildirilir.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az