Moskva metrosunda sərnişinlərin hərarəti ölçülür

7 Mart 2020 13:24

Moskva metrosunda sərnişinlərin hərarətinin ölçülməsinə başlanılıb.

Milli.Az Day.az-a istinadən bildirir ki, hərarət xüsusi cihaz yerləşdirilmiş kameralr vasitəsilə uzaq məsafədən ölçülür. Kameralar stansiyalara daxil olan sərnişinlərə tərəf tuşlanıb.

Sərnişinlərin hərarətinin distansion ölçülməsinin Moskva meriyasının göstərişi ilə virusların yayılması mövsümü fonunda həyata keçirildiyi bildirilir. Bu kameraların insanların sağlamlığı üçün təhlükəli olmadığı qeyd edilir.

Milli.Az