Tehran koronavirusun ən çox yayıldığı vilayətdir - FOTO

7 Mart 2020 14:24

İranın Tehran vilayəti yeni koronavirusa (COVID 19) yoluxma halına görə birinci yeri tutur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin hazırladığı infoqrafikada öz əksini tapıb.

İnfoqrafikaya əsasən, İranın Tehran vilayətində 1 413 nəfər bu virusa yoluxub.

Ümumilikdə İranda 4 747 nəfərin yeni virusa yoluxma halı və 124 nəfərin bu virus nəticəsində dünyasını dəyişməsi təsdiqlənib. İndiyədək isə 913 nəfər sağalıb.

Milli.Az