UEFA ofsaydla bağlı yenilik gətirir

7 Mart 2020 09:54

UEFA 2020/2021 mövsümündən Avropa kuboklarında oyundankənar vəziyyətlərlə bağlı dəyişiklik etməyə qərar verib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, qurumun prezidenti Aleksandr Çeferin ofsayd epizodlarında xəttlərin qalın olacağını bildirib:

"Bir santimetr ofsayd deyil. VAR açıq-aşkar oyundan kənar vəziyyət olduqda müdaxilə etməlidir. Buna görə xəttləri daha qalın çəkmək lazımdır. Hakimlərlə müzakirə etməli çox mövzu var".

Sloveniyalı funksioner Avropa çempionatında bu yeniliyin tətbiq olunacağını deyib

Milli.Az