Biləsuvar və Cəlilabadda tövlə yandı

7 Mart 2020 16:54

Biləsuvar və Cəlilabad rayonlarında yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a məlumat verilib.

Biləsuvar rayonunun Nəsimi kəndində ümumi sahəsi 72 m² olan tövlənin çardağının yanar konstruksiyaları 5 m² sahədə və içərisinə yığılan 1 ton ot bağlamasının 0,5 tonu yanıb.

Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Cəlilabad rayonunun Qaraağac kəndində ümumi sahəsi 75 m² olan tövlənin yanar konstruksiyaları 45 m² sahədə və çardağına yığılan 6 ton ot bağlamasının 5 tonu yanıb.

Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az