Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - VİDEO - FOTO

7 Mart 2020 10:09

Bakının Nəsimi rayonunda iki avtomobil toqquşub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Abbasqulu Ağa Bakıxanovla Səməd Vurğun küçələrinin kəsişməsində baş verib.

"Toyota" markalı avtomobil yol ayrıcından keçərkən "Mercedes" markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində "Mercedes"də olan sürücü xəsarət alıb.

Milli.Az