Modriç özünə yeni klub axtara bilər - "Real" icazə verdi

7 Mart 2020 09:13

"Real" rəhbərliyi komandanın yarımmüdafiəçisi Luka Modriçə özünə yeni klub axtarmağa icazə verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisinin prezidenti Florentino Peres 34 yaşlı yarımmüdafiəçiyə potensial alıcılarla danışıqlar apara biləcəyini çatdırıb. Klub rəhbəri onun yayda başqa kluba transferinə mane olmayacağını söyləyib.

Qeyd edək ki, Modriç 2012-ci ildən "Real"da oynayır.

Milli.Az