Banqkoka ordu yeridilir
19 Aprel 2010 10:11
Milli.Az MIGnews.com saytına istinadən xəbər verir ki, bu gün səhər saatlarında paytaxta yeridilmirş yüzlərlə əsgər əsas küçələrdə mövqe tutmağa başlayıb. Rəsmi açıqlamada bildirilir ki, məqsəd şəhərin maliyyə mərkəzlərinin nümayişçilərdən mühafizəsidir. Müxalifət isə hökumətin aksiyaçılara zor tətbiqinə hazırlaşdığını bildirir.
Xatırladaq ki, Tailand müxalifəti hökumətdən parlamentin buraxılması və növbədənkənar seçki elan olunmasını tələb edir. Xeyli vaxtdır Banqkok küçələrində bu tələblə fasiləsiz mitinqlər keçirən müxalifət tərəfdarları ilə hökumət qüvvələri arasında bir neçə toqquşma baş versə də, müxalifət geri çəkilmir.
Milli.Az