"Azərbaycan Hava Yolları"nda sanitar-gigiyenik tədbirlər davam etdiriləcək - VİDEO

6 Mart 2020 21:54

Azərbaycanda koronavirusun ölkədə yayılmasına yol verməmək məqsədi ilə profilaktik tədbirlər davam etdiriləcək: maarifləndirmə işləri aparılır, sanitar-gigiyenik tədbirlər görülür, ictimai yerlərdə dezinfeksiya həyata keçirilir, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun olaraq digər zəruri tədbirlər görülür.

Milli.Az bildirir ki, "Azərbaycan Hava Yolları" QSC-nin bütün mülki aviasiya obyektlərində hər gün dezinfeksiya işləri aparılır, bütün hava və nəqliyyat vasitələrində hərtərəfli sanitar-gigiyenik tədbirlər həyata keçirilir.

Milli.Az