Ağdamda ev yanıb

6 Mart 2020 21:35

Ağdam rayonunun Aşağı Yüzbaşılı kəndində ümumi sahəsi 143 m² olan tikintisi başa çatmayan, birmərtəbəli evin yanar konstruksiyaları 81 m² sahədə və dam örtüyü yanıb.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az