Dünyada yeganə albinos oranqutan təsbit edilib - FOTO

8 Mart 2020 17:36

Borneo adasının İndoneziyaya aid hissəsində dünyada yeganə albinos oranqutan tapılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Alba adlı bu dişi oranqutan yerli kəndlilər tərəfindən bir müddət qəfəsdə saxlanılıb.

2017-ci ildə heyvan müdafiəçiləri meymunu kəndlilərin əlindən alıb.

2018-ci ildə isə Albanın vəhşi təbiətdə yaşaya biləcəyinə əmin olan heyvan müdafiəçiləri onu azadlığa buraxıb.

Cari ilin mart ayında Albanın sağ olduğu təsbit edilib.

Milli.Az