Bakıda brend adı ilə təqdim edilən saxta ətirlərin olması heç kəsə sir deyil. Bəzən ətirin az qala ikiqat ucuz olmasına baxmayaraq, rəngi, üzərindəki "Made in İtaly" yazısı və ətirin qalıcılığı qənatəbəxş səviyyədə olur. Yəni bəzi ətirlərin saxta olsa da, keyfiyyət göstəricilərinin məqul səviyyədə olması hallarına rast gəlinir.
Amma ətirlərin orijinal olub-olmaması ilə bağlı düşüncələr yenə də qalır. Bəs maraqlıdır, ətrin orijinal yaxud saxta olduğunu necə müəyyənləşdirmək olar?
Milli.Az bildirir ki, Modern.az bu məsələ ilə bağlı ölkədə parfüm satışı ilə məşğul olan mağazalar arasında sorğu keçirib:
"Sabina Perfumery&Costemetics" mağazasının əməkdaşı bildirib ki, saxta ətirlə orijinal ətri bir-birindən kodlaşdırılma və qablaşdırılması ilə ayırd etmək olar.
"İydə Perfumery" mağazasından aldığımızın məlumata əsasən, ətir qutularının üzərində "Toilette" yazılarsa, bu keyfiyyətsizliyə, "Eodo Parfum" yazılanlar isə keyfiyyətə dəlalət edir.
"Parfum Shop" mağazasından bildirilib ki, ətirlərin qablaşdırılması və iyindən onun orijinal olub-olmadığını bilmək olar.
"WoodPecker" mağazasından aldığımız məlumata görə ətirlərin adının yazılışından saxta, yoxsa orijinal olmağını seçmək olar. Məsələn, orijinal ətir "Narcisso", onun saxtası isə "Narsisso" şəklində yazılır.
"La Parfumerie" mağazasından ətirin məişət və gigiyenik sertifikatı ilə onun orijinallığının təsdiqləndiyini açıqlayıblar.
Milli.Az