FBI Feysbuka rus dilində reklam yerləşdirdi

8 Mart 2020 19:05

Feysbuk və İnstaqram sosial şəbəkələrində ABŞ Federal Bürosu (FBI) tərəfindən yerləşdirildiyi iddia olunan reklam yayımlanıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, reklam kampaniyası rus dilində hazırlanıb və şair Vladimir Vsotskinin şəkli əks olunub.

Şairin ağ-qara şəklinə ağ rənglə "Görüş yerini dəyişmək olmaz. Danışacağımız məsələ var.  Biz də Vsotskini sevirik".

Qeyd edək ki, reklam yalnız ABŞ ərazisində yaşayan şəbəkə istifadəçilərinə görünür.

Milli.Az