Hansı IT brendlər insanlara təsir edir?

8 Mart 2020 21:35

"Google axtarış sistemi amerikalılara ən çox təsir edən IT brenddir".

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda "The Village" portalı məlumat yayıb.

Məlumata görə, ABŞ əhalisinin  72%-i sözügedən şəbəkənin təsirinə məruz qalır.

İkinci və üçüncü yerdə isə Amazon-la Microsoft şirkəti gəlir.

Tvitter sosial şəbəkəsi siyahıda sonuncu yerlərdə qərarlaşıb. Bu şəbəkə ölkə əhalisinin yalnız 32%-nə təsir edir.

Milli.Az